"Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolo karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Udineze" klubunun mətbuat xidməti yayıb.

İtaliya təmsilçisi ötən mövsüm komandada icarə əsasında çıxış edən 26 yaşlı futbolçunun satınalma opsiyonunu aktivləşdirərək onun transfer hüquqlarına tam sahib olub. İtaliyalı oyunçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli rəsmi müqavilə imzalanıb.

"Udineze" bu keçid üçün İstanbul nəhənginə 5 milyon avro bonservis haqqı ödəyəcək. Razılaşmanın xüsusi bəndinə əsasən, yarımmüdafiəçinin növbəti satışından əldə olunacaq gəlirin 50 faizi də məhz "Qalatasaray"ın büdcəsinə köçürüləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest