16 İyun 2026, 17:26
FUTBOL
"Mançester Siti"nin portuqaliyalı ulduzu Bernardo Silvanın növbəti dayanacağı İspaniya nəhəngi "Real" olacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı dünyaca məşhur insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, tərəflər artıq 2 illik müqaviləni razılaşdırıblar.
Təcrübəli portuqaliyalı yarımmüdafiəçi 2017-ci ilin iyul ayından bəri İngiltərə klubunda çıxış edirdi. Arxada qalan mövsümdə Silva "şəhərlilər"in heyətində bütün turnirlər daxil olmaqla 53 matçda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yaddan qalıb.
"Mançester Siti"də keçirdiyi parlaq karyerası ərzində ümumilikdə 460 rəsmi oyuna çıxan Bernardo, bu qarşılaşmalarda 76 qol vurub və 77 məhsuldar ötürmə müəllifi olub.













