Braziliyalı model Bruna Biankardi Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının hücumçusu Neymardan ayrıldığını bildirib.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: "Mən artıq Neymarla münasibətdə deyiləm. Bizi yalnız ortaq qızımız Mavi bağlayır. Ümid edirəm ki, indi mənim üçün daha az şəxsi suallar olacaq".

Qeyd edək ki, Neymar 2023-cü ilin yayında "Əl-Hilal"ın futbolçusu olub. Səudiyyə klubu onun PSJ-dən transferi üçün 90 milyon avro ödəyib.Səudiyyə Ərəbistanı çempionatında Neymar 3 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Və sonra braziliyalı DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla matçda (0:2) ciddi zədə aldı. Forvard çarpaz bağlarını zədələyərək əməliyyat olunub. Onun tam sağalması təxminən doqquz ay çəkə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest