30 Noyabr 2023, 22:55
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem əməliyyat olunacaq.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçunun çiynində problemlər olub. Cud Bellinqhem Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Real”ın "Napoli"ni məğlub etməsindən bir gün əvvəl (4:2) kömək etməsinə baxmayaraq, futbolçu noyabrda İngiltərə millisinin hər iki oyununu buraxıb. Həkimlər ingilisə çiyin oynağının qeyri-sabitliyi diaqnozu qoyublar. Onun hələ də çiynində problem olduğu deyilir. Yaşıl meydana nə zaman qayıdacağı bilinmir.
Qeyd edək ki, əməliyyatın tarixi və yeri hələ müəyyən edilməyib.