Sabahdan etibarən Azərbaycan Premyer Liqasında XV tura start veriləcək. Matc.az xəbər verir ki, sözügedən turun oyunları 2, 3 və 4 dekabrda baş tutacaq.
 
Açılış matçında debütant "Araz-Naxçıvan" Bayıl təmsilçisi "Səbail"i qəbul edəcək. Qərb təmsilçiləri – "Turan Tovuz" və "Kəpəz" müvafiq olaraq, "Sumqayıt" və "Sabah"ı qəbul edəcəklər.
 
Dekabrın 3-də "Neftçi" doğma azarkeşlər önündə "Zirə"ni sınağa çəkəcək. Turun qapanış matçında son çempion "Qarabağ" cari mövsüm ümidləri doğrultmayan
"Qəbələ" ilə qarşılaşacaq.
 
Premyer Liqa
XV tur
2 dekabr (şənbə)
 
16:00. "Araz-Naxçıvan" - "Səbail"
"Dalğa Arena".
 
18:30. "Turan Tovuz" - "Sumqayıt"
Tovuz şəhər stadionu.
 
3 dekabr (bazar)
 
15:00. "Kəpəz" - "Sabah"
Tovuz şəhər stadionu.
 
17:00. "Neftçi" - "Zirə"
"Neftçi Arena".
 
4 dekabr (bazar ertəsi)
 
19:30. "Qarabağ" - "Qəbələ"
Tofiq Bəhramov adına Respublika Stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest