çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA 1/4 final mərhələsində baş tutan 4 qarşılaşmadan sonra namizədlərin adlarını açıqlayıb.

Bunlar "Liverpul"un hücumçusu Roberto Firmino, "Tottenhem"in yarımmüdafiəçisi Hun Min Son, "Ayaks"ın orta sahə oyunçusu Frenki de Yonq və "Barselona"nın müdafiəçisi Jerar Pikedi.

Firmino 1 qol, 1 assist, Son 1 qolla yadda qalıbsa, de Yonq 91 faizlik dəqiq ötürmə ilə seçilib. Pike isə 10 dəfə topu qapı qarşısından uzaqlaşdırıb və ötürmə dəqiqliyi 94 faiz olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest