Mirabdullanın yerinə Sansoneni buraxa bilməzdim. Çünki limit pozulardı. Rəqib də hücumlar təşkil edirdi. Abbasovun zədələnməsi qırılma nöqtəsi oldu. Məcbur qalıb sistemi də dəyişdim. Rəqibin ehtiyat oyunçular skamiyasının qolları çılğınlıqla qeyd etməsinə siz şərh verə bilərsiniz.

"Bizim üçün gözlənilməz nəticədir. İlk hissədə aparıcı tərəf olmağa çalışırdıq. Hesabda 1:0 öndə olanda növbəti qolu vurmağa cəhd etdik". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin ddeyib.

Topaz Premyer Liqasının XXIV turunda səfərdə "Səbail"lə 2:2 hesablı bərabərliyə razılaşan "ağ-qaralar" çempionluq yolunda zərbə alıb.

Oyundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşən Bordin qarşılaşmanı şərh edib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, rəqib hesabı bərabərləşdirəndən sonra komandasının oyununda balans itib: "Nəticəyə rəğmən, sonacan vuruşacağıq".

Baş məşqçi 72-ci dəqiqədə zədələnən hücumçu Mirabdulla Abbasovun əvəzinə müdafiəçi Tural Axundovu oyuna daxil etməsinə belə şərh verib: "Mirabdullanın yerinə Sansoneni buraxa bilməzdim. çünki limit pozulardı. Rəqib də hücumlar təşkil edirdi. Abbasovun zədələnməsi qırılma nöqtəsi oldu. Məcbur qalıb sistemi də dəyişdim. Rəqibin ehtiyat oyunçular skamiyasının qolları çılğınlıqla qeyd etməsinə siz şərh verə bilərsiniz. Biz ilk dəqiqələrdən sona qədər qələbə haqda düşünürdük. Rəqib yaxşı müdafiə olunurdu".

Bordin komandanın əsas yarımmüdafiəçisi Emin Mahmudovun yoxluğunun hiss olunduğunu da vurğulayıb: "O, komandanın lideridir, simvoludur".

İtaliyalı mütəxəssis "Neftçi"nin qorxaq futbol sərgiləməsi ilə bağlı iradı qəbul etmədiyini deyib: "Komandam titula layiqdir. Qorxaq futbol sərgiləmir. İllərdir futbolun içindəyəm. Köməkçi də olmuşam, baş məşqçi də işləmişəm. Biz ikinci yer üçün mübarizə aparmırıq. Sona qədər də çempionluq mübarizəsində yer alacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest