Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Matc.az saytının məlumatına görə, ilk iki yarımfinalçı müəyyənləşib.

Turnirin əsas favoriti "Barselona" "Nou Kamp"da "Mançester Yunayted"i qəbul edib. İngiltərədə 1:0 hesablı qələbə qazanan Kataloniya təmsilçisi 3:0 hesablı qələbəyə sevinib. Lionel Messinin dubl etdiyi qarşılaşmada Koutinyo bir dəfə fərqlənib.

Digər cütlükdə "Ayaks" "Yuventus"un qonağı olub. Amsterdamdakı ilk qarşılaşmada qollu bərabərlik qeydə alındığından, Turin təmsilçisi yarımfinala bir addım yaxın idi. Amma "Real"ı sensasiya ilə yolundan kənarlaşdıran hollandlar "Yuventus"a da eyni aqibəti yaşadıblar. Kristiano Ronaldonun bir qoluna iki qolla cavab verən qonaqlar ikinci yarımfinalçı olmağa haqq qazanıblar.

 

Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:0

Messi, 16, 20, Koutinyo, 61

Barselona. "Nou Kamp". Baş hakim: Feliks Brix (Almaniya)

İlk oyun - 1:0

“Barselona”: 1. Ter Ştegen, 3. Cerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 7. Filipe Koutinyo, 8. Artur, 9. Luis Suarez, 10. Lionel Messi, 15. Klemen Lenqlet, 18. Xordi Alba, 20. Serxi Roberto

“Mançester Yunayted”: 1. David De Xea, 2. Viktor Linelöf, 4. Fil Cons, 6. Pol Poqba, 10. Markus Reşford, 11. Antoni Martial, 12. Kris Smollinq, 14. Cessi Linqard, 17. Fred, 18. Eşli Yanq, 39. Skot Maktomina

 

"Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) - 1:2

Ronaldo, 28 - Vande Bik, 34, Matias De Ligt, 67

Turin. "Yuventus Arena"Baş hakim: Klemen Turpin (Fransa)
İlk oyun - 1:1

“Yuventus”: 1. Voyçex Şesnı, 2. Mattia De Şilyo, 5. Miralem Pyaniç, 7. Kristiano Ronaldo, 10. Paulo Dibala, 12. Aleks Sandro, 14. Blez Matuidi, 19. Leonardo Bonuççi, 23. Emre Can, 24. Daniele Ruqani, 33. Federiko Bernardeski

“Ayaks”: 24. Andre Onana, 3. Coel Veltman, 4. Mattiys De Liqt, 6. Doni Van de Bik, 7. David Neres, 10. Duşan Tadiç, 12. Nusayr Mazraui, 17. Deyli Blind, 20. Lasse Şön, 21. Frenki De Yonq, 22. Hakim Ziyeç

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest