Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, turnirdə yoluna davam edən Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi müəyyənləşib.

İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində ağdamlılar səpələnməmişlərdə yer alıb.

Püşk “Qarabağ”ı qrupda bir yerdə olduğu “Bayer”ə rəqib edib. Komandalar arasında ilk oyun Bakıda keçiriləcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk matçları martın 7-də, cavab görüşləri 14-də keçiriləcək.

Avropa Liqası

1/8 finalın cütləri

“Sparta” (Çexiya) - “Liverpul” (İngiltərə)

“Marsel” (Fransa) - “Vilyarreal” (İspaniya)

“Roma” (İtaliya) - “Brayton” (İngiltərə)

“Benfika” (Portuqaliya) - “Reyncers” (Şotlandiya)

“Frayburq” (Almaniya) - “Vest Hem” (İngiltərə)

“Sportinq” (Portuqaliya) - “Atalanta” (İtaliya)

“Milan” (İtaliya) - “Slaviya” (Çexiya)

“Qarabağ” (Azərbaycan) - “Bayer” (Almaniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest