"AZ Alkmar" futbol üzrə Niderland Superkubokunun finalında PSV-ni darmadağın edib.

Matc.az xəbər verir ki, görüş 4:0 hesabı ilə başa çatıb.

Matçın əvvəlində yarımmüdafiəçi Vermanın meydandan qovulmasından sonra "qırmızı-ağlar" azlıqda qalıblar. Rəqib meydandakı say üstünlüyündən yalnız birinci hissənin ortalarında istifadə edə bilib və Merdink "AZ Alkmar"ı önə keçirib.

Görüşün 51-ci və 58-ci dəqiqələrində PSV-nin qapıçısı Kovarjın qoruduğu qapıya daha 2 qol vurublar. 66-cı dəqiqədə isə Dal penaltini dəqiq yerinə yetirərək final qarşıdurmasında son nöqtəni qoyub.

Qeyd edək ki, "AZ Alkmar" tarixində üçüncü dəfə Superkubokun finalında oynayıb. Alkmar təmsilçisi 2009/10 mövsümünün final matçında "Herenven"i darmadağın etmişdi (5:1), 2013/14 mövsümündə isə əlavə vaxtda "Ayaks"a uduzmuşdu (2:3).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest