"İnter Mayami" "Napoli"nin yarımmüdafiəçisi Kevin de Bröyneni heyətinə qatmaq variantına geri dönüb.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" idman nəşri məlumat yayıb.

Bildirilir ki, Amerika klubu heyətini daha bir tanınmış futbol veteranı ilə gücləndirmək niyyətindədir. 35 yaşlı təcrübəli mərkəz yarımmüdafiəçisini həmçinin "San-Dieqo" və "Çikaqo Fayr" klubları da yaxından izləyir.

De Bröynenin neapollularla müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Sözləşmədə əməkdaşlığın daha bir 1 uzadılması variantı da yer alıb. "Transfermarkt" portalında onun dəyəri 8 milyon avro qiymətləndirilir.

Xatırladaq ki, Kevin 2025-ci ilin yayında "Mançester Siti"dən ayrıldıqdan sonra İtaliya klubunda çıxış edir. O, o vaxtdan bəri "Napoli" forması ilə 21 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest