"Roma" "Real"ın və Braziliya millisinin hücumçusu Endrik ilə güclənmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" idman nəşri məlumat yayıb.

Bildirilir ki, İtaliyaklubu artıq 1 aydır ki, Endriki yaxından izləyir. Söhbət satın alma hüququ ilə mümkün icarə müqaviləsindən gedir.

Endrik 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirib və burada bütün turnirlərdə çıxdığı 21 oyunda 8 qol vurub, 8 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avro təşkil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest