MLS klubları fransalı hücumçu Olivye Jirunu ABŞ-a köçməyə razı salmağa çalışır. Matc.az xəbər verir ki, 37 yaşlı forvardın hazırkı komandası “Milan”la müqaviləsi mövsümün sonuna qədərdi.

Yəni fransalı forvard yayda istənilən kluba azad agent kimi keçə bilər. “Rossonyerlər” sözləşməni daha bir il uzatmaq niyyətindədi. Jiru özü isə qərarını aprelin sonuna qədər verəcəyini bildirib.

Qeyd edək ki, Olivye Jiru 2021-ci ilin yayından “Milan”da çıxış edir. O, bu mövsüm 30 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest