2026-cı il dünya çempionatı Beynəlxalq Futbol Federasiyasına (FİFA) rekord məbləğdə – 15 milyard dollar gəlir gətirib ki, bu da ilkin proqnozlardan xeyli yüksəkdir.

Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, ali futbol qurumu ilkin olaraq turnirdən təxminən 11 milyard dollar gəlir əldə etməyi planlaşdırırdı. gəlirlərin artmasında əsas amil matçlara bilet satışı, o cümlədən onların yenidən satışı olub. FİFA həm alıcıdan, həm də satıcıdan 15 faiz komissiya alır ki, bu da ümumi daxilolmaları əhəmiyyətli dərəcədə artırıb.

Qurumun digər mühüm qazanc mənbəyi isə VİP-biletlərin satışı və korporativ qonaq qarşılaşama xidmətləri sahəsi olub. Məhz bu iki göstərici yekun gəlirin nəzərdə tutulan planı üstələməsinə şərait yaradıb.

Xatırladaq ki, bu gün dünya çempionatının finalında İspaniya və Argentina milliləri üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest