"Real"da icarə əsasında çıxış edən qapıçı Kepa Arrizabalaqa yayda "Çelsi"yə qayıdacaq.
 
Matc.az xəbər verir ki, "zadəganlar" artıq qolkiperə onun növbəti mövsüm üçün planlarında olmadığını bildiriblər.
 
Belə olan halda Arrizabalaqa digər klublarla danışıqlar apara biləcək. Futbolçunun İspaniyada qalmaq istədiyini ətrafdakılar təsdiqləyir. Artıq 29 yaşlı qolkiperlə bir neçə komanda əlaqə saxlasa da, ona ən böyük marağı “Sevilya” göstərib. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest