Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaq “Qarabağ” və “Bayer” arasında keçiriləcək oyunların başlama saatı məlum olub.
 
Matc.az xəbər verir ki, martın 7-də Bakıda baş tutacaq ilk oyun saat 21:45-də start götürəcək.
 
Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Martın 14-də Leverkuzendəki “Bay-Arena” stadionunda təşkil olunacaq cavab görüşünün start fiti isə 00:00-da veriləcək.
 
Qeyd edək ki, “Qarabağ”la “Bayer” qrup mərhələsində də üz-üzə gəliblər və hər iki qarşılamada almanlar qələbə qazanıblar (5:1, 1:0)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest