Bu gün futzal üzrə Yüksək Liqada 14-cü turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, lider “Araz-Naxçıvan” son turlarda böyükhesablı məğlubiyyətləri sıralayan “Record”la üz-üzə gəlib.

Daha çox məşq xarakteri daşıyan matç “qırmızı-ağlar”ın qələbəsi ilə başa çatıb. U-19 isə “Neftçi”yə 13 dəqiqə müqavimət göstərə bilib. Təcrübəli futzalçılara sahib “ağ-qaralar” sonrakı dəqiqələrdə fərqi artırmağı bacarıb. Son matç gərgin keçib. Favorit “Baku Fire” aktivinə 3 xal yazırmaqla “Neftçi”nin yerdəyişmə etməsinə imkan verməyib.

Araz-Naxçıvan – Record 22:0
Qollar: Novruz Kazıxanov, 2:30, 33:02, 35:15, Miloş Todoriç, 7:54, 29:09, Xəzər Ağalızadə, 8:16, 17:50, 22:33, 28:21, Həsənəli Rəhimov, 11:17, 19:43, Məhəmməd Abbasov, 13:12, 29:48, 35:40, 36:10, Lukas Romao, 17:05, 34:29, Arzu Abbasov, 25:23-öz qapısına. Diaqo Auqusto, 26:42, Andre Junior, 37:48, Emil Həsənzadə, 38:14, 39:56.
29 fevral. Olimpik Star. Saat 13:30.

Neftçi İK – U-19 15:1
Qollar: Amir Şojaei, 13:11, Mirzə Əmirov, 14:16, Fərid Atakişiyev, 17:49, Əjdər Əjdərov, 18:20, Reza Abgoun, 19:10, 21:42, 34:03, 38:00, 38:57, Vahib Xocayev, 30:30, 37:51, Alireza Bayat, 31:53, Şahbaz Həndəmli, 32:41, 35:02, Ülvi Əliyev, 39:45 – Rəvan Məşiyev, 15:33.
29 fevral. Olimpik Star. Saat 15:30.

Baku Fire – Yasamal Bakı 6:3
Qollar: Kənan Manafov, 4:44, 37:30, Oktay Rüstəmli, 15:38, 32:06, Oruc Baxəlizadə, 22:17, Tofiq Mikayılov, 25:13 – Adil İsmayılov, 10:04, 36:00, Rüstəm Bağırov, 33:37.
29 fevral. Olimpik Star. Saat 17:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest