Alfonso Deyvisin “Real”a transferi mümkünsüzə çevrilib. Matc.az xəbər verir ki, buna səbəb təklif olunan məbləğlə tələb edilən arasında böyük fərqin olmasıdı.

Belə ki, “Bavariya” müdafiəçisinin satışından 70 milyon avroluq qazanc götürməyi planlaşdırır. Lakin “kral klubu” 23 yaşlı sol cinah oyunçusu üçün 40 milyon ödəmək niyyətindədi. 30 milyonluq fərq ispanların əl-qolunu bağlayır.

Tərəflər məbləğdə ortaq məxrəcə gələ bilməsə, “Real” 2025-ci ilin yayını gözləməli olacaq. Çünki Deyvisin “Bavariya” ilə müqaviləsi həmin vaxta qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest