"3 periodda yaxşı çıxış edib, oyundan öncə tərtib etdiyimiz plan üzrə hərəkət etsək də, sonuncu perioddan narazı qaldım”.
 
Matc.az xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan kubokunda "Şəki"yə qalib gəldikləri oyundan sonra deyib.
 
Təcrübəli mütəxəssis bildirib ki, 4-cü periodda heyətdə dəyişikliklər etsə də, 29 xal itirməli deyildilər: “Ola bilər bəzi oyunçular hesab arasında fərqin 40 yüksəlməsindən sonra arxayınlaşdılar və görüşün artıq başa çatdığını düşündülər. Lakin peşəkar basketbolçu hesabı düşünməməli, sona kimi mübarizə aparmalıdır. Sonuncu hissədə isə bunu görmədim. Bunun üzərində işləməliyik. Lakin istənilən halda qələbə qələbədir. Ümumi götürsək, oyun gözlədiyimiz kimi keçdi. Komanda olaraq xallar toplamağımız məni sevindirir. 28 assist etməyimiz topun hərəkətdə olduğunu göstərir. Aqressiv oynayaraq rəqibi 20 dəfə topu itirməyə məcbur etdik. “Gəncə” ilə oyuna qədər bəzi çatışmazlıqları aradan qaldırmalıyıq".
 
Qeyd edək ki, “Sabah” 103:82 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest