çempionlar Liqasının (çL) 1/4 final mərhələsində "Mançester Yunayted" üzərində böyükhesablı qələbə qazanaraq (3:0) yarımfinala adlayan "Barselona" yeni rekordlarla diqqət çəkib. Matc.az saytı xəbər verir ki, La Liqanın turnirdəki yeganə təmsilçisi bununla yoluna davam edib.

Kataloniyalıların sayəsində İspaniya təmsilçisi ardıcıl 12-ci dəfə yarımfinalda mübarizə aparacaq. Bu, İspaniya klublarının ən yüksək göstəricisidi.

Cari mövsüm keçirdiyi 10 oyunda 7 qələbə, 3 heç-heçəyə imza atan "Barsa" çempionlar Liqasında məğlub olmayan yeganə komandadı. Maraqlısı burasındadı ki, Messi və komanda yoldaşları bir dəfə də olsun hesabda geri düşməyiblər.

Dünənki görüşdə "Mançester Yunayted"i 3 dəfə mərkəzə dəvət edən "Barselona" bu turnir çərçivəsində "Nou Kamp"dakı qollarının sayını 102-yə çatdırıb. İspaniya nəhəngi çL-də doğma arenasında 100 qol həddinə çatan ilk klub olub.

İngiltərə klubunun qapısına hər 3 qol cərimə meydanı kənarından vurulub. Komanda bununla 9 ildən sonra öz göstəricisini təkrarlayıb. Kataloniyalılar sonuncu dəfə 2010-cu ildə "Ştutqart"a 4 qoldan 3-nü cərimə meydanı həndəvərindən vurmuşdular. ümumiyyətə isə, çempionlar Liqasında sonuncu dəfə belə hal 2017-ci ilin sentyabrında "çelsi" - "Qarabağ" qarşılaşmasında baş vermişdi. Həmin vaxt öz meydanında 6:0 hesablı qələbə qazanan londonlular qollardan 3-nü cərimə meydanına girmədən vurmuşdular.

Dünənki matçda dubla imza atan "Barselona"nın kapitanı Lionel Messi İngiltərə klubları ilə 32-ci dueldə 24-cü qolunu vurub. Bu isə turnirin rekordudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest