çempionlar Liqasının 1/4 final mərhələsinin "Yuventus"la cavab oyunu "Ayaks" üçün əlamətdar olub. Matc.az saytı xəbər verir ki, səfər qələbəsi sayəsində yarımfinala adlayan Amsterdam təmsilçisi öz rekordunu yeniləyib.

Məsələ burasındadı ki, "Yuventus"u Turində iki dəfə mərkəzə dəvət edən Hollandiya klubu bununla cari mövsüm avrokuboklarda qol sayını 32-yə çatdırıb. Erik Ten Haqın yetirmələri 1979-80 mövsümündəki 31 qolluq rekordunu yeniləyib.

Həmçinin "Ayaks" cari mövsüm bütün turnirlərdə qol sayını 155-ə çatdırıb. Komanda bu göstəricidə isə 2009-10 mövsümündəki rekordunu təkrarlayıb.

Eyni mövsümdə həm "Yuventus", həm də "Real"a səfərdə qalib gələrək ilki gerçəkləşdirən "Ayaks" həm də təsnifat mərhələsindən yarımfinala qədər irəliləyən birinci komanda olub.

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo isə 2009-10 mövsümündən, yəni 9 ildən sonra ilk dəfə çempionlar Liqasında yarımfinal üzü görməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest