çempionlar Liqasının 1/4 final mərhələsində "Portu"nun qonağı olacaq "Liverpul" səfərə itkilərlə yollanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, iki futbolçu bugünkü qarşılaşmada "qırmızılar"a kömək edə bilməyəcək.

Söhbət müdafiəçi Deyan Lovren və yarımmüdafiəçi Aleks Oksleyd-çemberlayndan gedir. Xorvatiyalı müdafiəçi səhhətində problem yaşadığı üçün Portuqaliyaya aparılmayıb. Uzun müddətdi zədədən əziyyət çəkən çemberlayn isə bərpa prosesi keçir.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk görüşdə "Liverpul" 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest