Basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.
 
Matc.az xəbər verir ki, matçlar "Sərhədçi" İdman Mərkəzində baş tutub.
 
Günün ilk görüşündə "Neftçi" 82:71 hesabı ilə "Cəlilabad"ı məğlub edib. Bununla da, "Neftçi" qrupdan çıxmağı təmin edib.
 
Günün son oyununda qrup lideri "Xəzri" "Xırdalan"a 75:64 hesabı ilə qalib gələrək kubokun yarımfinalına yüksəlib. 
 
Qeyd edək ki, A qrupunu lider tamamlamaq uğrunda oyun "Xəzri" - "Neftçi" dueli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest