çempionlar Liqasında həftənin ən yaxşı qoluna namizədlər müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA həmişəki kimi, 4 qolu digərlərindən fərqləndirib.

"Mançester Yunayted" və "Tottenhem"lə qarşılaşmalarda dubl edən müvafiq olaraq "Barselona"lı Lionel Messi və "Mançester Siti"li Rahim Sterlinqin ilk qolu namizədlər arasında göstərilib. Həmçinin "Barsa"nın yarımmüdafiəçisi Filipp Koutinyonun qolu da seçilib.

Digər namizəd isə "Ayaks"ın oyunçusu David Neresin "Yuventus"la qarşılaşmadakı qoludu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest