Almaniya Bundesliqasının XXVI turunda “Frayburq”un qonağı olan “Bayer” 3:2 hesablı qələbə qazanaraq, çempionluğa daha bir addım yaxınlaşıb. Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi bununla tarixə düşüb.

Belə ki, komanda tarixində ilk dəfə Almaniya çempionatında ardıcıl altı səfər görüşündə qalib gəlib. Xabi Alonsonun yetirmələri bundan əvvəl “Auqsburq” (1:0), “Leypsiq” (3:2), “Darmştadt” (2:0), “Heydenheym” (2:1), “Köln”lə (2:1) səfər qarşılaşmalarında qələbə qazanıb.

Qeyd edək ki, “Bayer” hazırda 70 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest