Türkiyə mətbuatının “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı iddiaları səngimək bilmir. Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin “Beşiktaş”la birgə adı hallanmaqda davam edir.

“Yeni Asır” nəşrinin yaydığı informasiyaya görə, istanbullular yayda hazırkı baş məşqçisi Fernando Santoşla yollarını ayıracaq. Yeni baş məşqçi axtarışında olan rəhbərliyin bu posta bir neçə namizədi var. Həmin siyahıya isə Qurbanov başçılıq edir.

Hətta “Beşiktaş”ın idman direktoru Samet Aybabanın “Qarabağ”ın çalışdırıcısı ilə əlaqə saxladığı da vurğulanıb.

Qeyd edək ki, Fernando Santoşun “Beşiktaş”la müqaviləsi gələn ilin yayına qədərdi. “Ağ-qaralar” hazırda Superliqada 4-cü yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest