"Tottenhem"in müdafiəçisi Tobi Alderveyreld çempionlar Liqasının yarımfinal mərhələsində "Ayaks"a rəqib olmalarına maraqlı reaksiya verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Belçika millisinin üzvü sabiq komandasına qarşı oynayacağı üçün şad olduğunu bildirib.

O, tvitter hesabı vasitəsilə sabiqlərin doğma evinə qayıdacağını vurğulayıb: "Biz tarix yazırıq. "Ayaks", sənin oğlanların evinə qayıdır. Yan Vertongen, Kristian Eriksen, Davinson Sançes...".

"Tottenhem"in adıçəkilən 4 oyunçusu müxtəlif illərdə "Ayaks"ın şərəfini qoruyub. Alverveyreld 2008-2013, Vertongen 2006-2012, Eriksen 2010-2013, Sançes isə 2016-2017-ci illərdə Amsterdam klubunun formasını geyinib.

Qeyd edək ki, "Ayaks"la "Tottenhem" arasında yarımfinal mərhələsinin oyunları 30 aprel - 1 may və 7-8 may tarixlərində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest