çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, "Mançester Siti" - "Tottenhem" (4:3) və "Portu" - "Liverpul" (1:4) oyunlarından sonra qonaqlar yarımfinala adlayıb.

Qarşılaşmalardan sonra komandaların baş məşqçiləri və futbolçuları düşüncələrini bölüşüblər.

Pep Qvardiola ("Mançester Siti"nin baş məşqçisi): "Amansız sonluq oldu. Amma bu reallıqla barışmalıyıq. İkinci hissədə çoxlu epizodlar yaratdıq və lazımi qolu vurduq. Təəssüf ki, yekun nəticə pis oldu. Mən VAR-ı dəstəkləyirəm. Ancaq Lyorentenin qolu zamanı əllə oynadığı görünür. Hakimin isə başqa qərar verdi. İndiyə qədər belə azarkeş dəstəyi görməmişdim. Ancaq futbol sürprizlərlə doludu".

Benjamin Mendi ("Mançester Siti"nin müdafiəçisi): "Dəhşətli sonluq. İndi "Mançester Siti"ni çətin dönəm gözləyir. İlk dəfə deyil ki, 1/4 finalda mübarizəni dayandırırıq. Gələn mövsüm daha yüksək yerlər üçün maksimum gücümüzü göstərməliyik. çatmayan nə oldu? Bəlkə daha yaxşı oynamalıyıq. Ağır gecə keçirəcəyik. Ancaq tezliklə özümüzə gəlməliyik".

Emerik Laport ("Mançester Siti"nin müdafiəçisi): "Bütün gücümüzü ortaya qoyduq və sona qədər mübarizə apardıq. Komandamla qürur duyuram. Qarşıdakı hədəflər üçün çalışmalıyıq. İnanılmaz dəstəyə görə azarkeşlərə minnətdaram".

Mauritsio Poçettino ("Tottenhem"in baş məşqçisi): "İnanılmaz oyun oldu, xüsusən də, sonluq. çox xoşbəxtəm və qürur duyuram. Futbolçularım əsl qəhrəmandı. Həm onlara, həm də azarkeşlərimizə görə sevinirəm. Oyun ərzində həm sevinc, həm məyusluq yaşanır. Futbolu da buna görə sevirik. "Tottenhem" öz iradəsini ortaya qoydu".

Hun Min Son ("Tottenhem"in yarımmüdafiəçisi): "Həyatım boyun belə bir şey görməmişdim. çətin oyun oldu, bütün komandamla qürur duyuram. Əsl dəlilik idi. VAR-dan bəzən narazı qalırıq. Ancaq indi bu sistemə minnətdarıq. 90 dəqiqə ərzində hamımız dayanmadan mübarizə apardıq. Əsl xarakter nümayiş etdirdik və rəqiblə "döyüşdük".

Uqo Lyoris ("Tottenhem"in qapıçısı): "Futbol bəzən adamı dəli edir. Emosiya baxımından yüksəliş və eniş oldu. İlk oyundakı nəticə çox köməyimizə çatdı. Məhz həmin görüşdəki qol bizi yarımfinala çıxardı".

Serjio Konseysao ("Portu"nun baş məşqçisi): "Hesab edirəm ki, nəticə ədalətsiz oldu. Səfərdə 2 qolla məğlub olmağa layiq deyildik. Fikrimcə, bu gün də pis çıxış etmədik. Taktiki planda işlər yolunda gedirdi. Ancaq rəqib ilk hücumdaca qol vurdu. "Liverpul" oyun ərzində qapıya 4 zərbə vurdu və bunun da hamısı qolla nəticələndi. Bu da onların hansı səviyyədə olduğunu göstərir. Cari mövsüm bizim üçün fantastik alındı. Bunu unutmayacağıq".

Pepe ("Portu"nun müdafiəçisi): "Azarkeşlərimiz yüksək səviyyədə idi. Ədalətli nəticə deyildi, ancaq futbolda belə hallar olur. çempionlar Liqasında möhtəşəm mövsüm keçirdik. İndi diqqətimizi çempionata yönəldəcəyik".

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "çox qol vəziyyəti yaratmasaq da, ələ düşən imkanlardan lazımınca yararlandıq. Bizə Alisson və onun seyvləri lazımdı. İkinci hissədə "Portu" "yatdı", oyuna nəzarəti ələ almaq asanlaşdı. Onların ilk 30 dəqiqədəki təzyiqinin sona qədər davam etməyəcəyini bilirdik. Bu üzdən də ikinci hissədə Firmino və Hendersondan yararlandıq. "Barselona" ilə ilk rəsmi oyunumuz olacaq. Bu görüşü səbirsizliklə gözləyirəm. Amma hazırda bu barədə düşünməyə məcbur deyiləm. Messini necə dayandıracağıq? İndi bu sual barədə fikirləşmirəm. Bunun təhlili üçün vaxtım olacaq. çoxları onu dayandırmağa çalışıb, ancaq buna heç kim nail olmayıb. Ancaq biz də buna cəhd edəcəyik".

Sadio Mane ("Liverpul"un hücumçusu): "çətin oyun oldu. Hendersonun ehtiyatda oturarkən necə qorxduğunu görmək mümkün idi. Ancaq komanda öz ruhunu ortaya qoydu. Atmosferə təslim olmadıq, istədiyimiz nəticəni qazandıq. O ki qaldı vurduğum qola, açığı, ofsaydda olduğumu düşünürdüm".

Vircil van Diyk ("Liverpul"un müdafiəçisi): "Messiyə qarşı necə oynayacağımızı bilmirəm. Onlarla hər iki duel böyük oyun olacaq. İki böyük komanda üz-üzə gələcək. Belə məqamda kimisə xüsusi vurğulamaq düz olmaz. Yalnız koordinasiyalı şəkildə yaxşı müdafiə olunmaq mümkündü. Messi dünyanın ən güclü futbolçusudu, onu dayandırmaq çətindi. Necə davranacağımızı görəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest