“Mançester Yunayted” “Nitsa” ilə əlaqələrə görə Avropa Liqasından kənarlaşdırılmayacaq. Matc.az xəbər verir ki, İngiltərə klubu UEFA ilə bu məsələni müzakirə edib.

Məsələ burasındadı ki, ötən ilin dekabrında “Mançester Yunayted”in səhmlərinin 25%-ni alan Cim Ratkliff 2019-cu ildən “Nitsa”nın sahibidi. Fransa klubu hazırda Liqa 1-də 5-ci yerdədi və Avropa Liqasına vəsiqə qazanmağa iddialıdı. Hər iki klub Avropa Liqasına vəsiqə qazansa, iyunun 3-dək UEFA-ya inzibati əlaqələrin olmadığına dair sübut təqdim edəcəklər. Bu halda İngiltərə təmsilçisi turnirə buraxılacaq.

Qeyd olunur ki, hazırda klublar arasında əlaqələr cüzidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest