Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klub karyerasında 400 və daha çox qol vuran futbolçuların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya Kriştiano Ronaldo başçılıq edir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçunun aktivində 500 belə qol var. Onu MLS təmsilçisi “İnter Mayami”nin formasını geyinən Lionel Messi izləyir. Argentinalı klublarda 470 dəfə fərqlənib.

Növbəti iki pillədə braziliyalılar qərarlaşıb. Romario 437, əfsanəvi Pele isə 402 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest