Joze Mourinyo əvvəllər Portuqaliya millisini çalışdırmaq imkanı olduğunu açıqlayıb. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hər iki halda klubda fəaliyyət göstərdiyini bildirib.

Mourinyo qərarına görə peşman olmadığını deyib: “İki dəfə Portuqaliya millisini çalışdırmaq imkanım oldu. İlk dəfə “Real”da çalışarkən bu variant yarandı, klub prezidenti Florentino Peres getməyəcəyimi bildirdi. İkinci dəfə “Roma”da işləyərkən əlaqə saxladılar. Bir neçə aydan sonra italyanlar məni istefaya göndərdilər. Amma qərarıma görə peşman deyiləm”.

Qeyd edək ki, bu il “Roma”dan ayrılan Joze Mourinyo hazırda işsizdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest