“Barselona” yayda heyətində ciddi dəyişikliklər edəcək. Matc.az xəbər verir ki, İspaniya klubu transferlər üçün təxminən 200 milyon avro ayırmağı planlaşdırır.

Kataloniyalılar yayda mümkün qədər çox gəlir əldə etmək üçün bəzi futbolçularını satacaqlar. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun maraqlandığı Rafinya komandanı tərk edə bilər.

Daha əvvəl prezident Joan Laporta maliyyə durumunun yaxşılaşdığını açıqlamışdı.

Qeyd edək ki, “Barselona” La Liqanın 29 turundan sonra 64 xalla 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest