PSJ-nin iki futbolçusu zədəsini sağaldıb. Matc.az xəbər verir ki, müdafiəçi Markinyoş və yarımmüdafiəçi Marko Asensio sıraya dönüb.

Hər iki oyunçu artıq kollektivlə birgə məşqlərə qatılıb. 29 yaşlı müdafiəçi və 28 yaşlı yarımmüdafiəçi növbəti matçda komandaya kömək edə biləcək. Paris təmsilçisi Liqa 1-in növbəti görüşünü martın 31-də “Marsel”ə qarşı keçirəcək.

Qeyd edək ki, Markinyoş cari mövsüm 26 oyunda 2 assist edib, Asensio isə 19 qarşılaşmada 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest