“Real” daha iki futbolçusu ilə müqaviləni yeniləyəcək. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Toni Kroosun sözləşməsinin 2025-ci ilə qədər uzadacağı öncədən məlum idi.

Ona müdafiəçi Naço Fernandes və yarımmüdafiəçi Lukas Vaskes də qoşulacaq. Hər iki oyunçu ilə yeni sazişin bağlanması planlaşdırılır. “Kral klubu” hər üç sövdələşməni növbəti həftə açıqlamaq fikrindədi. Naço və Vaskes də klubla müqaviləni bir mövsümlük uzadacaq.

Qeyd edək ki, Naço bu mövsüm La Liqada “Real”ın heyətində 21 oyuna çıxıb. Vaskes isə 22 liqa matçında iştirak edib, 1 qol vurub, 3 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest