Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsində üz-üzə gələcək komandalar bilinib. Matc.az xəbər verir ki, 1/4 finaldakı cütlər artıq bəllidi.

İki oyundan ibarət olacaq bu raundda “Zirə” “Aznur”la, “Birbaşa Bakı” “İnter”lə, “Odlar Yurdu” “Abşeron”la, “Real Bakı” isə “Qalaksi” ilə qarşılaşacaq. İlk matçlar aprelin 3-də, cavab oyunları isə 10-da olacaq.

Çempionluğa əsas favoritlər “Zirə” və “Birbaşa Bakı” yalnız finalda üz-üzə gələ bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest