Bu gün Yaponiyada keçirilən qadın voleybolçuların dünya çempionatına yekun vurulub. Matç.az saytı xəbər verir ki, turnirin son günündə üç həlledici qarşılaşma baş tutub.
öncə 5-ci yer uğrunda qarşılaşma keçirilib. 4 il öncə qazandığı çempionluğu itirən ABŞ meydan sahiblərinə 4 setdə qalib gəlib.
3-cü yer uğrunda görüş daha qısa sürüb. Son mundialın finalçısı çin Hollandiyanı üç setdə məğlub edərək bürüncə yiyələnib.
16 ildən sonra finala yüksəlib 2-ci çempionluq üçün mübarizə aparan İtaliya ilə Serbiya arasında qızıl medal uğrunda görüş daha gərgin keçib. Qarşılaşma tay-brekə qədər uzanıb. İlk dəfə finala yüksələn balkanlılar son mundialın 4-cüsün ilə dueldə iki dəfə hesabda geri düşsə də, sonda qələbə qazanıb. İlk dəfə dünya çempionu olan Serbiya bu titulu qazanan 7-ci komanda kimi tarixə düşüb.
Qeyd edək ki, mundialı II mərhələdən sonra başa vuran Azərbaycan millisi yarışı 15-ci pillədə bitirib.
Qadın voleybolçular arasında dünya çempionatı
20 oktyabr
5-ci yer uğrunda oyun
Yaponiya – ABŞ – 1:3 (23:25, 16:25, 25:23, 23:25)
3-cü yer uğrunda oyun
Hollandiya – çin – 0:3 (22:25, 19:25, 14:25)
Final
Serbiya – İtaliya – 3:2 (21:25, 25:14, 23:25, 25:19, 15:12)