I Liqada 19-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub. “Karvan” – “Difai Ağsu” oyunu qolsuz bitib. “Qaradağ Lökbatan” “İrəvan”a, “Araz Saatlı” isə “Mingəçevir”ə böyük hesabla qalib gəlib.
 
I Liqa
19-cu tur
28 mart
 
“Karvan” – “Difai Ağsu” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Şamil İmanzadə.
Yevlax şəhər stadionu, 15:00.
 
“Qaradağ Lökbatan” – “İrəvan” 3:0
Qollar: Seyxan Fərəcov, 34. Balamirzə Soltanov, 72-öz qapısına. Xəlil Bəşirov, 85.
Hakimlər: Rauf Allahverdiyev, Anar Bədəlov, Mirnihat Seyidov, Vüqar Həsənli.
Lökbatan OİK stadionu, 15:00.
 
“Araz Saatlı” – “Mingəçevir” 4:0
Qollar: Sequn Omotoşo, 37. Ravil Yusifli, 42. Həmzə Əliyev, 85. Elnur Mustafazadə, 90.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Elman Kərimov, Murad Səlimov.
Saatlı OİK stadionu, 16:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest