Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı bilinib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaların yerini və saatını açıqlayıb. Hər iki matç eyni gündə - aprelin 24-də olacaq.

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı bilinib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaların yerini və saatını açıqlayıb.

Hər iki matç eyni gündə - aprelin 24-də olacaq.

Həmin gün əvvəlcə saat 17:00-da “Qəbələ” ilə “Zirə” birincilərin meydanında üz-üzə gələcək.

Əzəli rəqiblər “Qarabağ”la “Neftçi”nin dueli isə saat 20:00-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest