“Fiorentina” baş məşqçi postu üçün yeni namizədini müəyyənləşdirib. Matc.az xəbər verir ki, Florensiya klubu Daniele de Rossiyə təklif göndərməyi düşünür.

Rəhbərlik Vinçentso İtalyanonun yerinə məhz “Roma”nın çalışdırıcısı Daniele de Rossini nəzərdən keçirir. Hər iki mütəxəssisin müqaviləsi yaya qədərdi. Lakin 40 yaşlı de Rossi “Roma”dan ayrılmaq fikrində deyil. O, “bənövşəyilər”in rəhbərliyi ilə yaxşı münasibətə baxmayaraq, paytaxt təmsilçisi ilə yeni sözləşməyə ümid edir.

Qeyd edək ki, Daniele de Rossi bu ilin yanvarında baş məşqçi postunda Joze Mourinyonu əvəzləyib. Onun rəhbərliyi altında “canavarlar” 13 oyunda 9 qələbə qazanıb və yalnız 2 dəfə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest