Fransa millisinin sabiq hücumçusu Kristof Düqarri yığmanın hazırkı futbolçusu Kilian Mbappeni tənqid edib. Matc.az xəbər verir ki, o, forvardın oyunlara ciddi yanaşmadığını düşünür:

“Biz ətrafda gəzən, geri qayıtmaq istəməyən, müdafiəyə əhəmiyyət verməyən Mbappeyə öyrəşmişik. Kapitan sarğısını taxanda, bu, qəbuledilməzdi. Məncə, Mbappe kapitan rolunun nə olduğunu başa düşmür. Nümunə olmaq lazımdı. İki matçda belə acınacaqlı münasibət nümayiş etdirmək anormaldır. Bu, onun böyük keyfiyyətlərinə xələl gətirmir, lakin kapitan olanda qüsursuz olmalısan”.

Qeyd edək ki, Fransa yığması yoldaşlıq görüşlərində Almaniyaya 2:3 hesabı ilə uduzub, Çili üzərində 3:2 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest