Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk oyunlarının dəqiq vaxtı məlum olub.
 
Matc.az xəbər verir ki, aprelin 3-də ilk olaraq “Zirə” və “Aznur” komandaları meydana çıxacaqlar. Görüş saat 19:15-də start götürəcək.
 
Saat 20:30-da “Birbaşa Bakı” – “İnter”, 21:45-də “Real Bakı” – “Qalaksi”, 23:00-da isə “Odlar Yurdu” – “Abşeron” matçları baş tutacaq.
 
Cavab qarşılaşmaları aprelin 10-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest