Bu gün Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulub.

Matc.az xəbər verir ki, turun son günündə bir matç baş tutub.

Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan oyunda meydan sahibləri qələbə qazanıb. Fasiləyə qonaq komanda üstün yollansa da, 3-cü periodda NTD-İNDİQO-nun 13 xallıq üstünlüyü yekun nəticəyə təsir edib. Xaçmaz klubu “Neftçi”ni 94:85 hesabı ilə məğlub edib.

Qeyd edək ki, NTD-İNDİQO mövsümdə 12-ci qələbəsini qazanıb.

XVI tur
7 aprel
14:00. NTD-İNDİQO – “Neftçi” - 94:85 (41:43, 23:22, 27:14, 26:28)

Xaçmaz Olimpiya İdman Kompleksi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest