Avropa Liqasında (AL) həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytı xəbər verir ki, azarkeşlər UEFA-nın təqdim etdiyi 4 oyunçu arasında seçim aparıb.

Nəticədə ən çox səs toplayan "çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriges həftənin oyunçusu seçilib. O, 1/4 final mərhələsinin "Slaviya" ilə cavab qarşılaşmasında (4:3) dubl etməklə buna layiq görülüb.

İspaniya millisinin üzvü Filip Kostiç ("Ayntraxt"), Petr Şevçik ("Slaviya") və Antonio Latorreni ("Valensiya") qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest