Bu gün Şahmat Olimpiadasında IX turun qarşılaşmaları keçirilir. Matç.az saytı xəbər verir ki, Gürcüstanın Batumi şəhərində təşkil olunan yarışda iştirak edən kişilər və qadınlardan ibarət Azərbaycan yığmaları turu başa vurub.

Bu turadək 13 xalla 3-cü pillədə qərarlaşan kişi qrossmeysterlərimiz çinlə üz-üzə gəlib. Millimiz özü ilə eyni xala malik rəqibinə məğlub olub – 1,5:2,5. üç görüşün heç-heçə bitdiyi dueldə Şəhriyar Məmmədyarov, Arkadi Naydiç və Teymur Rəcəbov heç-heçə ilə kifayətlənibsə, Eltac Səfərli məğlub olub.

Bu turadək 5-ci sırada olan xanım zəka sahiblərimiz isə 2-ci yerdə qərarlaşan Ukrayna ilə üz-üzə gəlib. Bu turda Günay Məmmədzadə uduzsa da, Gülnar Məmmədovanın qələbəsi tarazlıq yaradıb. Xanım Balacayeva ilə ülviyyə Fətəliyeva isə sülhə razılaşıb.

 

Şahmat Olimpiadası

IX tur

Kişilər

Azərbaycan – çin - 1,5:2,5

Şəhriyar Məmmədyarov (2820) – Liren Dinq (2804) - 0,5:0,5

Teymur Rəcəbov (2751) - Yanqyi Yu (2765) - 0,5:0,5

Arkadi Naydiç (2721) – Yi Vey (2742) -0,5:0,5

Eltac Səfərli (2676) – Siantzi Bu (2712) - 0:1

8 turdan sonra yarışın liderləri: ABŞ – 15, Polşa – 14, Azərbaycan, Hindistan, Fransa, çin, Ermənistan, Almaniya – 13

 

Qadınlar

Azərbaycan – Ukrayna - 2:2

Günay Məmmədzadə (2438) – Anna Muziçuk (2555) - 0:1

Xanım Balacayeva (2326) – Mariya Muziçuk (2533) - 0,5:0,5

Gülnar Məmmədova (2355) – Anna Uşenina (2451) - 1:0

ülviyyə Fətəliyeva (2320) – Yuliya Osmak (2405) - 0,5:0,5

8 turdan sonra yarışın liderləri: çin, Ukrayna – 14, ABŞ, Macarıstan, Azərbaycan, Ermənistan, Qazaxıstan - 13

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest