10 Aprel 2024, 13:56
ÇEMPİONLAR LİQASI
“Atletiko” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İspaniya klubunun hücumçusu Memfis Depay Çempionlar Liqasının 1/4 final mərhələsində Dortmund “Borussiya”sı ilə oyunu buraxmalı olacaq.
Niderland millisinin üzvünün sol ayağında əzələ zədəsi diaqnozu qoyulub. Bərpanın təxminən 3-4 həftə çəkəcəyi açıqlanıb. Bu isə o deməkdi ki, Depay almanlarla cavab qarşılaşmasında da komandasına kömək edə bilməyəcək.
Depay bu mövsüm La Liqada 20 oyuna çıxıb, 5 qol vurub.
Qeyd edək ki, bu gün keçiriləcək “Atletiko” – “Borussiya” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.