15 Aprel 2024, 13:42
FUTBOL
“Bavariya”nın hücumçusu Tomas Müller peşəkar karyerasını başa vurmağa hazırlaşır. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu Münhen klubu ilə yeni müqavilə imzalamağı planlaşdırmır.
2025-ci ilin yayında sözləşməsi bitəcək Almaniya millisinin üzvü həmin vaxt karyerasını bitirməyi düşünür. “Bavariya” Müllerə uyğun vəzifə təklif edərək onu klubda saxlamağa çalışacaq.
Qeyd edək ki, Tomas Müller 2009-cu ildən “Bavariya”da çıxış edir. O, yığmanın heyətində 2014-cü ildə dünya çempionu olub, DÇ-2010-un bürünc, AVRO-2012 və AVRO-2016-nın bürünc mükafatını qazanıb.