Almaniya III Bundesliqasında XXXIV tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Proysen" də növbəti oyununa çıxıb.

Munster təmsilçisi "Qrossaspax"ı qəbul edib. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Dadaşov əsas vaxta əlavə olunuş 2-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 34 oyundan sonra aktivində 48 xal olan "Proysen" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest