Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, bununla yarımfinalçılar bilinib.

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, bununla yarımfinalçılar bilinib.

İngiltərə klubları meydana revanş üçün çıxıblar. “Liverpul” “Atalanta” ilə, “Vest Hem” isə “Bayer”lə dueldə mübarizəni dayandırıb.

İtaliya klublarının qarşılaşmasında “Roma” “Milan”dan güclü olub. “Benfika” Marsel səfərində üstünlüyünü qoruya bilməyib. Cütün taleyini penalti zərbələri həll edib. Daha dəqiq olan fransalılar yarımfinala yüksəliblər.

Qeyd edək ki, yarımfinalda "Roma" "Bayer"lə, "Atalanta" "Marsel"lə qarşılaşacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.

Avropa Liqası

1/4 final, cavab oyunları

18 aprel

23:00. “Roma” – “Milan” - 2:1
İlk oyun – 1:0

23:00. “Atalanta” – “Liverpul” - 0:1
İlk oyun – 3:0

23:00. “Vest Hem” – “Bayer” - 1:1
İlk oyun – 0:2

23:00. “Marsel” – “Benfika” - 1:0, pen. 4:2
İlk oyun – 1:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest