Türkiyə Super Liqasında XI turun ən diqqətçəkən qarşılaşmalarından biri bu gün keçiriləcək. Lider “Qalatasaray” doğma meydanda “Amedspor”u qəbul edəcək. Matc.az xəbər verir ki, noyabrın 7-də İstanbulda baş tutacaq görüş hər iki komanda üçün böyük əhəmiyyət daşıyır.

10 turdan sonra 25 xalla lider olan “Qalatasaray” ən yaxın izləyicisi “Amedspor”u cəmi iki xal qabaqlayır. Diyarbəkir təmsilçisi səfərdə qələbə qazanacağı təqdirdə 26 xalla zirvəyə yüksələcək.

Qarşılaşmanın digər maraqlı tərəfi komandaların Türkiyə Super Liqasında ilk dəfə üz-üzə gəlməsidir. “Amedspor” mövsümün sonunda Birinci Liqadan yüksələrək tarixində ilk dəfə elitada mübarizə aparır.

“Qalatasaray” bu vacib görüşə iki əsas futbolçusunun xidmətindən məhrum çıxacaq. Zədələnən Viktor Osimhen və cəzalı Abdülkərim Bardakçı komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest