Çox ağıllı oyun nümayiş etdirdik, yaxşı müdafiə olunduq.

Azərbaycan Basketbol Liqasının VI turunda “Gəncə”ni 80:76 hesabı ilə məğlub edən “Sumqayıt”ın baş məşqçisi Uğur Özdemir matçdan sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının çıxışını dəyərləndirib.

O, qələbənin xüsusi əhəmiyyət daşıdığını və komandasının Gəncədə ilk dəfə qalib gəldiyini vurğulayıb:

“Komandamızı təbrik edirəm, çox yaxşı mübarizə apardıq. Əslində, addım-addım buna doğru gedirdik. Bu gün əziyyətimizin mükafatını aldıq. Özü də dəyərli bir gündə, Zəfər Günündə qalib gəldik. Nəzərə alaq ki, bu, həm də ‘Sumqayıt’ın Gəncədə ilk qələbəsi kimi tarixə düşdü.

Çox ağıllı oyun nümayiş etdirdik, yaxşı müdafiə olunduq. Xırda səhvləri nəzərə almasaq, oyun bizim nəzarətimizdə idi. Əslində, ötən tur ‘Sabah’la qarşılaşmada da yaxşı mesaj vermişdik. Azarkeşlərimiz bizə inansın, biz onların etimadını meydanda doğruldacağıq. Fanatlarımızın dəstəyinə ehtiyacımız var!”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest